Seçkidə ilk dəfə səs verəcək gənclərə Qəbələdə seminar
08 aprel 2013 23:11 (UTC +04:00)

Seçkidə ilk dəfə səs verəcək gənclərə Qəbələdə seminar

 

 “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunda “Sənin səsin-sənin seçimin” adlı seminar keçirib. APA-nın məlumatına görə aprelin 8-də Qəbələ şəhərində keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, “Sənin səsin-sənin seçimin” layihəsinin əsas məqsədi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, infor­ma­siya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakına, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir.

 

Tədbirdə ilk dəfə səs verən gənclərə şəxsiyyət vəsi­­­­qə­ləri də təqdim olunub. Se­minarda seçki maariflənməsi ilə bağlı hazır­lanan video çarx nümayiş etdirilib, seçki hərəkətləri ilə bağlı simulyasiya oyunları təşkil olunub. İlk dəfə səs verən gənclərə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən hazırlanan “Seçki təlimat jurnalı”, “İlk dəfə səs verən gənclər üçün yaddaş kitabçası” paylanılıb. Bundan əlavə layihə iştirakçılarına təsvirli köynəklər, bukletlər, cib təqvimləri də paylanılıb. Layihə çərçivəsində Azərbaycanın 30 rayonunda ilk dəfə səs verən gənclərin seçki qaydaları ilə bağlı maariflənməsi planla

 

# 387
avatar

Oxşar yazılar