Respublikamızda 500-dən artıq özəl tibb müəssisəsi fəaliyyət göstərir
04 yanvar 2013 17:48 (UTC +04:00)

Respublikamızda 500-dən artıq özəl tibb müəssisəsi fəaliyyət göstərir

Hazırda respublika üzrə 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyinin daimi diqqət verdiyi sahələrdən biridir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Eyni zamanda qəbul planına uyğun olaraq 2012-ci ildə isə 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunub. Son iki il ərzində 7 mindən artıq həkim və 4 min 500-dən artıq orta tibb işçisi sertifikasiyadan keçib.

 

Gənc mütəxəssislərin Respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərçivəsində isə 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrinin (Türkiyə, Rusiya, Almaniya, Polşa, Misir) qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçib.

 

Nazirlikdən verilən məlumat da o da qeyd olunur ki, son 10 il ərzində səhiyyə sahəsində 120-dən artıq tibb elmləri doktorluğu və 600-dən artıq tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar