Qabiliyyət imtahanlarının şərtləri açıqlandı
08 aprel 2013 11:12 (UTC +04:00)

Qabiliyyət imtahanlarının şərtləri açıqlandı

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qabiliyyət imtahanlarının keçirilməsi şərtlərini açıqlayıb. Lent. az-ın məlumatına görə, abituriyentlər elektron ərizələrini təsdiq etdirdikdən sonra, mayın 1-dən 20-dək tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri Qabiliyyət İmtahanı Komissiyalarına(QİK) verməli və seçmə turda iştirak etməlidirlər.

QİK-də abituriyentlərin  qabiliyyəti yoxlanılacaq və uğur qazananlar qeydiy­yata alınacaqlar. Qeydiyyata alınmış abitu­ri­yentlər  test imta­hanlarında iştirak edəcəklər.

Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərt­ləri”ndə  və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə verilib. 

# 744

Oxşar yazılar