Prezident İlham Əliyev avqustun 29-da Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla Sloveniyanın müdafiə naziri Roman Yakiçin və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, prezident Sloveniyaya səfərini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Lyublyana şəhərinin meri Zoran Yankoviç paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, Prezident İlham Əliyevin Sloveniyaya uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.
Görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, informasiya-kommunikasiya texnologiyaları, sərmayə qoyuluşu, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Sloveniya nümayəndə heyətini qəbul edib
Oxşar yazılar

Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03
Sabah çimərliklərdə hava küləkli olacaq
8 iyul 2025 , 13:54
Dəri xəstəliyini yayanlara hansı cəza verilir? - CAVAB
8 iyul 2025 , 13:24
53 yaşında 13-cü diplomunu aldı
8 iyul 2025 , 13:09