Paytaxtda ali məktəbə qəbul olanların sayı artır
30 dekabr 2012 18:07 (UTC +04:00)

Paytaxtda ali məktəbə qəbul olanların sayı artır

“Son iki ildə qəbul faizi artaraq 45 faizdən 47,13 faizə yüksəlib. Bakı şəhər məktəblərinin orta balı isə 2011-2012-ci tədris ilində 254 olub”.

Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, sənəd verən paytaxt məzunlarının sayında da artım müşahidə olunub. İmtahanda 500 - 700 intervalında bal toplayan paytaxt məzunlarının sayı isə 1889 nəfər təşkil edib. Bu da 2006-cı illə müqayisədə 8 faizə qədər artım deməkdir.

 

“2012 – 2013-cü tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33000-ə yaxın şagirdin qəbulu gözlənilirdi ki, bu da əvvəlki illərlə müqayisədə çox olub. Ancaq çox keçmədən Bakıda “birincilər”in sayında rekord artım qeydə alınıb. Daha 3000 şagird I sinfə qəbul olunub və beləliklə “birincilər”in sayı 36 minə yüksəlib. Bu isə 2000 - ci ildən bəri Bakı şəhərinin orta məktəblərində I sinfə gedən şagirdlərin sayında müşahidə olunan azalmanın tam əksi olan bir prosesin başlandığını göstərib”-deyə, Z.Əliqızı əlavə edib. 

 

İdarənin sektor müdiri onu da vurğulayıb ki, hazırda BŞTİ-nin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 311 min 695 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29870 nəfər müəllim məşğul olur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar