Nazir və komitə sədrindən şad xəbər
20 dekabr 2012 13:09 (UTC +04:00)

Nazir və komitə sədrindən şad xəbər

“Bioloji valideyni olmayan 18 yaşına çatmış kimsəsiz uşaqlar üçün evlərin tikilməsi gündəmdədir”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir vurğulayıb ki, respublikanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qızlar üçün 20 mənzildən ibarət evlər tikilərək, istifadəyə verilib: “Hesab edirəm ki, bu işin davamı olacaq”.



Məsələyə münasibət bildirən Milli Məclisin sosial-siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli jurnalistlərə açıqlamasında vurğulayıb ki, bütövlükdə internatda qalan uşaqların hamısına ev tikməyə ehtiyac yoxdur: “Amma bioloji ailələri olmayan uşaqlara evlərin verilməsi gündəmdə olan məsələdir. İmzalanması üçün ölkə başçısına təqdim edilmiş “Gənclər siyasəti haqqında” qanunda evlərin tikilməsi haqqında müddəalar öz təsdiqini tapacaq. Bu qanunda qeyd olunan uşaqların ordu sıralarına getməsi, peşə məktəblərində təhsil almaları kimi məsələlər öz əksini tapacaq. Azərbaycanda uşaq müəssisələrində qalan, eyni zamanda atılmış uşaqların sayı azalır. Son məqsəd budur ki, uşaq ailədə böyüsün. Biz on ildən sonra buna nail olmalıyıq. Onda belə uşaqların mənzil problemi də öz həllini tapmış olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850

Oxşar yazılar