171 saylı marşrut fəaliyyətini dayandırdı
30 sentyabr 2024 21:19 (UTC +04:00)

171 saylı marşrut fəaliyyətini dayandırdı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə oktyabrın 1-dən 150 saylı şəhərətrafı və 60 saylı şəhərdaxili avtobus marşrutları üzrə xəttə yeni avtobuslar cəlb edir.

Lent.az xəbər verir ki, Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində Bilgəh qəsəbəsini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 150 saylı şəhərətrafı, həmçinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 60 saylı şəhərdaxili avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, "BakuBus" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Sözügedən marşrutlar üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək. 

Qeyd edək ki, oktyabrın 1-dən paytaxtın 171 saylı avtobus marşrutu fəaliyyətini dayandırır. Həmin istiqamətdə 150 saylı marşrut fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar