Müəssisələrimizə “halal”lığı türkiyəli professor öyrədəcək
02 aprel 2013 13:38 (UTC +04:00)

Müəssisələrimizə “halal”lığı türkiyəli professor öyrədəcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) “halal” qida standartlarının tətbiqi ilə bağlı təlimlərə start verib.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisələr üçün keçiriləcək ilk təlimlər 17-19 aprel tarixlərində Bakı şəhərində planlaşdırılıb.

 

Təlimlərə Türkiyənin Səlcuq Universitetinin Qida mühəndisliyi bölməsinin ət məhsulları üzrə təcrübəli mütəxəssisi professor doktor Mustafa Karakaya dəvət edilib. Əsas mövzu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş AZS 731- 2012 ( OİC\SMİİC1:2011) “Halal qida. Ümumi tələblər” və AZS 372-2012 “Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanılması və satışı üzrə ümumi tələblər” dövlət standartlarının tələblərinin öyrənilməsi və müəssisələrdə tətbiqi ilə bağlıdır.

# 550
avatar

Oxşar yazılar