MTRŞ İTV-nin baş direktoru vəzifəsinə namizəd müsabiqəsi elan etdi
04 aprel 2013 11:51 (UTC +04:00)

MTRŞ İTV-nin baş direktoru vəzifəsinə namizəd müsabiqəsi elan etdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun səlahiyyət müddətinin başa çatması səbəbindən bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. MTRŞ-dən Lent.az-a verilən məlumatına görə, müsabiqəyə qatılmaq istəyən namizəd Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır.

 

Əvvəllər ağır və ya xüsusi ağır, habelə ictimai mənəviyyat əleyhinə cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiqlənmiş şəxslər müsabiqədə iştirak edə bilməzlər. Namizədlər aprelin 4-dən 19-dək ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədini MTRŞ-yə təqdim etməlidirlər.

 

Namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və RadioYayım Şurasına təqdim ediləcək.

 

# 1093
avatar

Oxşar yazılar