Millət vəkili əsgərləri sevindirdi
30 dekabr 2012 17:41 (UTC +04:00)

Millət vəkili əsgərləri sevindirdi

Millət vəkili Qənirə Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə  yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə və zabitlərlə görüş keçirib. Lent.az-ın məlumatına görə, əsgərlər qarşısında çıxış edən millət vəkili onları 31 dekabr –bayramı münasibətilə təbrik edib. Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan Qənirə Paşayeva bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil,  həmişə həmrəy olmağının vacibliyini vurğulayıb: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.  Mən inanıram ki, o gün uzaqda deyil”.

 

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib.

 

Daha sonra Qənirə Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Qonaqlar əsgər və zabitlər ilə birlikdə nahar ediblər.

 

Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar