Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 14 iyun 2013-cü il tarixində saat 10:00-dan Salyan şəhərində vətəndaşların qəbulu keçiriləcək. APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə götə, qəbulda yalnız Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin inzibati binasında (ünvan: Salyan şəhəri, B.Talıblı küçəsi, 9) 12 iyun 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.

Oxşar yazılar

Həkimin qəbuluna düşmək üçün sübh çağıdan gedirlər - Növbəyə "qohum-qardaş" keçir
23 may 2025 , 16:09
Niyə kişilər qadınlardan uzundur? - Səbəb genlərdə gizlidir
23 may 2025 , 14:45
Donor az, orqana ehtiyacı olan çox - ARAŞDIRMA
23 may 2025 , 14:31
Qəbul imtahanı gərgin olacaq: Abituriyentlərin DİQQƏTİNƏ!
23 may 2025 , 14:03
Staj paradoksu: İlk iş üçün təcrübə tələbi niyə yanlışdır?
23 may 2025 , 13:35
Leysan, dolu, qar - Sabahın HAVASI
23 may 2025 , 12:21
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
23 may 2025 , 11:47