Hərbi xidmət qaydalarına dəyişikliklər gözlənilir
09 sentyabr 2013 14:28 (UTC +04:00)

Hərbi xidmət qaydalarına dəyişikliklər gözlənilir

 

 

Azərbaycan parlamentinin payız sessiyasında “Hərbi xidmət haqqında” qanununa əlavə və dəyişikliklərin müzakirəyə çıxarılması nəzərdə tutulur.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Elm haqqında” qanunun müzakirəyə çıxarılan zaman bu sənəddə hərbi xidmətdən möhlət hüququ ilə bağlı nəzərdə tutulmuş müvafiq müddəaya əsasən olacaq.

 

Belə ki, “Elm haqqında” qanunda Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı yenilik avtomatik olaraq “Hərbi xidmət haqqında” qanunda da əksini tapmalıdır.

 

Müddəaya əsasən, bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmət müddətinin azaldılaraq 6 aya endirilməsi təklifləri daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2362

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29