Həftəsonu hava dumanlı olacaq
04 yanvar 2013 15:55 (UTC +04:00)

Həftəsonu hava dumanlı olacaq

Yanvarın 5-6-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
 

 

Jalə

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Oxşar yazılar