Ərazilər minalardan  təmizlənir
02 aprel 2013 12:23 (UTC +04:00)

Ərazilər minalardan təmizlənir

Bu ilin mart ayı ərzində 2,171,083 kvadrat metr ərazi  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. 822 PHS, 15 ədəd tank və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Lent. az-a ANAMA-dan məlumat verilib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət və  6 mexaniki minatəmizləmə maşını, 36 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 220,458,894 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 679,435-dir.
Təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə və başqa bölgələrdə  davam etdirilir.

Ötən ay cəmi bir hadisə qeydə alınıb.

# 408

Oxşar yazılar