Respublikanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov səhhəti ilə bağlı Türkiyəyə gedib. 
	
	Lent.az-ın “aznews.az”a istinadən xəbərinə görə, bunu Əliağa Hüseynov özü bildirib. O deyib ki, səhhətində yaranan bəzi narahatlıqlarla bağlı hazırda Türkiyədəki xəstəxanaların birində müayinə olunur: “Müayinə üçün 20 gün Türkiyədə olacağam”. 
	
	Ə. Hüseynov səhhətində yaranan problemin nədən ibarət olduğu barədə məlumat vermək istəməyib: “Azərbaycana qayıtdıqdan sonra danışarıq”.
 
                            
                        Əliağa Hüseynovun səhhətində problem yarandı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                