Əli Həsənov Mingəçevirdə müşavirə keçirdi
09 iyun 2014 11:47 (UTC +04:00)

Əli Həsənov Mingəçevirdə müşavirə keçirdi

0

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub. Lent.az-ın xəbərinə görə, komitə sədri tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Mingəçevirə səfər edib.

Tikinti işlərinin gedişi ilə yaxından tanış olan Ə.Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Ərazidə 11 ədəd 9 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində eyni zamanda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılır.

Ə. Həsənov Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə də baş çəkib.

Baş nazirə məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi və poçt binası da tikilib. Qəsəbə qaz, su, və elektrik  ilə tam təchiz olunacaq.

Ə.Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb.

Sonda Ə.Həsənov ərazini gəzib, qəsəbədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 839

Oxşar yazılar