ƏƏSMN və UNİSEF arasında fəaliyyət planı imzalandı
09 iyun 2014 12:39 (UTC +04:00)

ƏƏSMN və UNİSEF arasında fəaliyyət planı imzalandı

0

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə UNİCEF arasında Fəaliyyət Planı imzalanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, Fəaliyyət Planı 2014-2015-ci illər üzrə birgə əməkdaşlıq istiqamətlərini əhatə edəcək.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, imzalanan Fəaliyyət Planında “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapıb: “Plan üzrə fəaliyyət istiqamətlərindən biri də nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin də genişlənməsinə yardım edəcək”.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalanan Planın zəruri iş sahələrini kifayət qədər dəqiq və dolğun şəkildə əhatə etdiyini deyib, aparılacaq işlərin Azərbaycanda uşaqlara qayğı sisteminin daha da təkmilləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Fəaliyyət Planında 2014-2015-ci illərdə görüləcək işlər sırasında respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirən “Sosial xəritələşmə” layihəsi əsasında 2015-ci və sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar