Direktor və müəllimlər arasında müsabiqə keçiriləcək
07 yanvar 2013 13:00 (UTC +04:00)

Direktor və müəllimlər arasında müsabiqə keçiriləcək

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “1 şagird – 1 kompüter” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatlar www. musabiqe.edu.az saytında yerləşdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar