Çaylarda sululuq artıb
05 aprel 2013 13:15 (UTC +04:00)

Çaylarda sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında olan mövcud vəziyyəti açıqlayıb. Qurumdan Lent.az-a  verilən məlumata görə, son günlərdə temperaturun  nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın  əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Son 5 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 4-19 sm, Kiçik  Qafqazın çaylarında 1-6 sm, Naxçıvan MR-nın Naxçıvançay çayında 27 sm artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-290, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəldikdə isə son 5 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 54 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 460 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm iki dəfə az olmaqla 240 m3/s və ongünlük normanın 51 faizini təşkil edib.  Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

# 445

Oxşar yazılar