Bu il Bakıda 7 məktəb tikilib
30 dekabr 2012 16:09 (UTC +04:00)

Bu il Bakıda 7 məktəb tikilib

2012-ci il tədris ilində paytaxt Bakıda 5060 şagird yerlik 7 yeni məktəb binası inşa edilib. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib. Z. Əliqızı qeyd edib ki, həmin məktəblərdən biri, Binə qəsəbəsindəki 326 nömrəli məktəb Heydər Əliyev Fondu, 2-si Təhsil Nazirliyi, 4-ü icra hakimiyyətinin vəsaiti hesabına tikilib. Beləliklə də Bakıdakı məktəblərin sayı 311-dən 316-ya yüksəlib.

 

“Bundan başqa, 8 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün 3180 yerlik əlavə korpus tikilərək istifadəyə verilib, 4 məktəbin idman və akt zalları tamamilə yenilənib. 62 məktəbdə əsaslı təmir işləri aparılıb. 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib”- deyə, Z. Əliqızı vurğulayıb.

 

Bakı Təhsil İdarəsinin şöbə müdiri onu da vurğulayıb ki,  ümumilikdə 2006-2012-ci illərdə paytaxtda 30 yeni məktəb binası inşa edilib. Onlardan 3-ü Heydər Əliyev Fondu tərəfindən tikilib, 8-i Heydər Əliyev Fondu tərəfindən olmaqla 179 məktəb üçün əlavə korpus inşa olunub. 234 məktəbdə əsaslı təmir işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar