Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində iyunun 21-dən 22-nə keçən gecədən başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, iyunun 22-si gün ərzində, 23-ü axşamadək əsasən Kür vadisi rayonlarında və Abşeron yarımadasında daha güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.
***
13.35
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin dağlıq və dağətəyi yerlərdə küləyin sürəti əsasən güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda isə gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.