Beynəlxalq sərgidə  nələr olacaq?
03 aprel 2013 11:13 (UTC +04:00)

Beynəlxalq sərgidə nələr olacaq?

Sabah “BakuExpo” sərgi kompleksində “XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi” («AİTF-2013») işə başlayacaq. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sərgi aprelin 6-dək davam edəcək.
 Sərgi  dünyanın 35 ölkəsini əhatə edəcək. Turoperatorlar və turizm agentlikləri, avia-agentliklər, mehmanxanalar, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji, tibbi turizminin təşkili ilə məşğul olan şirkətlər öz xidmət və turizm məhsullarını təqdim edəcəklər. Bu il ilk dəfə olaraq sərgidə «Xaricdə əmlak» adlı bölmə də  olcaq.
Sərgidə 16 ölkə öz milli stendlərini nümayiş etdirəcək.
 

Burada təqdimat mərasimlərinin və seminarların keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, AİTF sərgisini hər il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi   təşkil edir .

# 495

Oxşar yazılar