Bakıda məcburi köçkünlər etiraz aksiyası keçiriblər
02 aprel 2013 13:21 (UTC +04:00)

Bakıda məcburi köçkünlər etiraz aksiyası keçiriblər

Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkünlər aksiya keçiriblər. Sakinlərin “Qafqazinfo”ya verdiyi xəbərə görə, 5 saylı yataqxananın sakinləri, təxminən 37 ailə yolları bağlayıb, əraziyə çoxlu sayda polis gətirilib.

Aksiyaya səbəb isə yeni tikilən qəsəbədə sakinlərə müxtəlif bəhanələrlə ev verilməməsidir.

Polislər aksiyanın qarşısını alıb. Artıq sakinlər ərazidən kənarlaşdırılıb.
 

Xatırladaq ki, ötən aydan Bakıdan köçkünlərin böyük köçünə start verilib. Onların bir hissəsi Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binalarda məskunlaşdırılıb. 

 

 

# 2021
avatar

Oxşar yazılar