Azərbaycan və Rusiya təhsil nazirləri memorandum imzaladı
20 noyabr 2015 13:43 (UTC +04:00)

Azərbaycan və Rusiya təhsil nazirləri memorandum imzaladı

Bu gün Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən M. Cabbarov Rusiya və Azərbaycan arasında elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müasir çağırışlara əsaslanan bu əlaqələr birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.

Rusiyanın elm və təhsil naziri Dmitri Livanov öz çıxışında ali təhsil müəssisələri arasındakı əməkdaşlığın ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayıb.

 

O,  yeni qurumun universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib. Sonda ölkəmizin tədris müəssisələrində rus dilinin sistematik tədrisi ilə əlaqədar öz təşəkkürünü bildirib.

 

Çıxışlardan sonra hər iki ölkənin rektorları tərəfindən yaradılması barədə memorandum imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək  davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək

Bakının bu rayonunun işığı kəsiləcək

14 may 2025 , 09:39
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan  4 BÜRC: Sonra çox gec olacaq

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq

14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

13 may 2025 , 19:59
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 19:07