Ahıl və əlillər:  sosial xidmət nə səviyyədədir?
04 aprel 2013 15:58 (UTC +04:00)

Ahıl və əlillər: sosial xidmət nə səviyyədədir?

Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial-məişət işçiləri tərəfindən      tənha, ahıl və əlillərə evlərində sosial-məişət xidməti göstərilir. Bu barədə Lent. az-a ƏƏSMN - nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda evlərində xidmət edilən vətəndaşların sayı 13650 nəfərdən çoxdur. Onların 11 minə yaxını qadınlardır. Xidmət göstərilənlərdən 11 600-dən çoxunun yaşı 70-dən yuxarıdı.

Onu da qeyd edək ki,  tək yaşayan və  onları saxlamağa övladları olmayan 70 yaşına çatmış tək, ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər Həkim Məsləhət Komissiyasının və ya Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən  xidmətə götürülürlər. 

# 540

Oxşar yazılar