ABŞ-dan gəlmiş media ekspertləri ilə görüş olub
06 avqust 2013 17:04 (UTC +04:00)

ABŞ-dan gəlmiş media ekspertləri ilə görüş olub

Bu gün Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) ofisində Azərbaycanda səfərdə olan ABŞ-ın media ekspertləri ilə görüş keçirilib. Azərbaycan Hüquqşünasları Konfederasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ABŞ-ın Kolumbiya Universitetinin professoru Linkoln Mitçel, Vaşinqton Universitetinin professoru Keyti Pirs, müstəqil ekspert Rəşad Şirinov, AHK İdarə Heyətinin üç üzvü – Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, millət vəkili Qüdrət Həsənquliyev, millət vəkili Fazil Mustafa, həmçinin Azərbaycan Hüquqlar Konsorsiumu layihəsinin rəhbəri Ramil İskəndərli, AHK-nın mətbuat katibi, Hüquq.tv-nin baş redaktoru Pərvin Abbasov iştirak edib.

Görüşdə Azərbaycan Respublikasının KİV-ə dair qanunvericiliyi, ölkə mətbuatının problemləri, o cümlədən jurnalistlərin professionallığı və medianın reklam bazarı, həmçinin diffamasiya haqqında qanunvericilik və digər məsələlər müzakirə olunub. Qonaqların müvafiq məsələlərlə bağlı sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar