Nazir şimal bölgəsinə gedəcək
03 aprel 2013 16:05 (UTC +04:00)

Nazir şimal bölgəsinə gedəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tez-tez  Bakıda və ölkənin müxtəlif bölgələrində  vətəndaşları qəbul edir və problemlərini araşdırır. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Aprelin 12-də nazir Füzuli Ələkbərov  şimal bölgəsində vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı sakinlərinin müraciətləri dinləniləcək və bu müraciətlər  araşdırılacaq.

 Həmçinin aktiv sosial müdafiə tədbirləri, o cümlədən  aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.

# 546

Oxşar yazılar