[b]Xanlar Vəliyev: [/b]"Azərbaycanda fərarilik kəskin azalıb"
06 may 2016 13:16 (UTC +04:00)

[b]Xanlar Vəliyev: [/b]"Azərbaycanda fərarilik kəskin azalıb"

"Azərbaycanda hərbi cinayətlər və fərarilik kəskin azalıb".

 

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Xalq” qəzetinə verdiyi məqaləsində bildirib. O qeyd edib ki, Hərbi Prokurorluğun kollektivi öz fəaliyyətində daim Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə çalışır: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə hərbi cinayətlərin-fərariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən-ilə kəskin şəkildə azalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar