“Türyançay” da ingilis at cinsi yetişdirilir
05 yanvar 2013 22:55 (UTC +04:00)

“Türyançay” da ingilis at cinsi yetişdirilir

Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” fermer təsərrüfatının nəzdində yaradılan fermada cins yarış atlarının yetişdirilməsinə başlanılıb. Fermer təsərrüfatının rəhbəri Şəmsəddin Hacıyev APA-ya bildirib ki, rayonun Ərəbocağı kəndində yeni inşa edilən atçılıq fermasında 44 baş cins atın bəslənilməsi, təlim keçərək yarışlara hazırlanması üçün şərait yaradılıb.

 

Hazırda fermada 2 mehtər tərəfindən 15 baş ingilis atı bəslənilir. Bakıda cıdır yarışlarında qaçış dövrünü başa vuran 5-6 yaşlı cins atlar alınaraq həmin fermaya gətirilir və onlar yeni nəsil artırmaya cəlb edilir. İngilis atlarından əldə edilən təzə balalar iki il ərzində mehtərlər tərəfindən xusisi rejimdə yetişdirilir və yarışlara hazırlanır. Məntəqədə bugünədək 3 baş at yarış üçün hazırlanaraq Bakıya göndərilib.

 

Gələcəkdə fermanın daha da genişləndirilməsi və orada eyni vaxtda 80 baş atın yetişdirilməsi nəzərdə tutulur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049
avatar

Oxşar yazılar