“Gələcəkdə Sənəd Qəbulu Komissiyalarına ehtiyac qalmayacaq”
04 aprel 2013 14:29 (UTC +04:00)

“Gələcəkdə Sənəd Qəbulu Komissiyalarına ehtiyac qalmayacaq”

“Bu ilki qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin böyük hissəsi ərizəsini özü təsdiqləyəcək”.

 

 Lent. az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə  mətbuat konfransında bildirib.

 

Məleykə Abbaszadə deyib ki, abituriyentlərin  bunun üçün Sənəd Qəbulu Komissiyalarına müraciət etməsinə ehtiyac qalmayacaq. Onun sözlərinə görə, həmin abituriyentlər ümumtəhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirənlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qızlar, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qızlardır. Məleykə Abbaszadənin bu məsələdə qızlar və oğlanlar arasında bərabərlik pozulduğunu, bunun da oğlan abituriyentlərin hərbi xidmət məsələsi ilə əlaqədar olduğunu qeyd edib: “Əvvəlki illərin oğlan məzunlarının hərbi xidmətdən möhlət hüququ olmalıdır ki, onlar öz ərizələrini təsdiq etdirə bilsinlər. Lakin abituriyentlərin hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsini hələ həyata keçirə bilmirik. Bununla əlaqədar müvafiq qurumlarla əlaqə saxlanılıb. Onlar söz veriblər ki, bu məlumatlar elektron bazada hazır olacaq. Kim hərbi xidmətdən möhlət hüququ alacaqsa, bu barədə məlumat dərhal elektron bazaya daxil ediləcək. Bununla da ali məktəblərə sənəd verən və hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin öz ərizələrini təsdiq etdirmələri üçün Sənəd Qəbulu Komissiyalarına getməsinə ehtiyac qalmayacaq”.
 

TQDK sədri vurğulayıb ki, bütün bunları həyata keçirəndən sonra gələcəkdə Azərbaycanda sənəd qəbulu komissiyaları lazım olmayacaq. Bunun gələn ildən mümkün ola biləcəyini deyən Məleykə Abbaszadə qeyd edib ki, bundan sonra sənəd qəbulu komissiyaları abituriyentlərin sənədlərinin təsdiqlənməsi üçün yox, yalnız vətəndaşlığı olmayan və xarici dövlətdən Azərbaycana gələn insanların sənədlərinin yoxlanılması üçün lazım olacaq.

# 859

Oxşar yazılar