9 yaşlı nəvəyə babasının böyrəyi köçürüldü-ÖRNƏK
08 aprel 2013 22:23 (UTC +04:00)

9 yaşlı nəvəyə babasının böyrəyi köçürüldü-ÖRNƏK

Mərkəzi Neftçilər Xəstəxanasında müdhiş orqan köçürmə əməliyyatı baş tutub.

 

Lent.az-ın məlumatına görə, 9 yaşlı Qusar sakini Rəvan İsaqova 64 yaşlı babasının böyrəyi köçürülüb. Həkim-nefroloq Elnur Fərəcov xəstə 9 yaşında olmasına baxmayaraq 6 yaşlı uşaq kimi inkişaf edib. 16 kiloqram çəkidə olan Rəvan bir il öncə əməliyyat olunub.

 

Rayonda müalicə alan Rəvanın hepatitə yoluxduğu məlum olub. 6 ay əlavə müalicə kursu keçdikdən sonra uşağı əməliyyata ala biliblər: "Rəvan özünü çox yaxşı hiss edir.  Xəstənin anası da donor ola bilərdi, ancaq biz babanı seçdik. Əməliyyat çox uğurla keçdi. Elə əməliyyat masasında orqan fəaliyyətə başladı. Böyrək xəstəyə qarın boşluğundan qoyulub. Uşaq böyüdükcə öz yerini tutacaq”.

 

# 2120
avatar

Oxşar yazılar