4 min 470 ton təyyarə yanacağı ixrac edilib
02 aprel 2013 13:49 (UTC +04:00)

4 min 470 ton təyyarə yanacağı ixrac edilib

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin mart ayında 1 min 975 ton avtomobil benzini, 81 min 363 ton dizel yanacağı, 13 min 36 ton təyyarə yanacağı, 299 ton soba mazutu ixrac edib. Bu barədə Lent. az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində 4 min 470 ton avtomobil benzini, 250 min 327 ton dizel yanacağı, 34 min 168 ton təyyarə yanacağı, 299 ton soba mazutu ixrac olunub. 2013-cü ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzin (1 ton üçün)  1008.36 dollar, təyyarə yanacağı  965.26 dollar, dizel yanacağı 902.49 dollar, 1 faizli kükürdlü mazut 614.58 dollar təşkil edib.

# 553

Oxşar yazılar