200 əlilə avtomobil verildi
20 iyun 2014 13:21 (UTC +04:00)

200 əlilə avtomobil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  (ƏƏSMN) cari ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl AES əlillidir.

 

Dövlət başçısının 17 mart 2014-cü il tarixli fərmanı ilə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizədək artırılıb. Son bir ildə isə həmin təqaüdlərin orta aylıq məbləğində 68 faiz artım özünü göstərib. Eyni zamanda, həmin şəxslərin xüsusi nəqliyyatla təminatında mühüm addımlar atılır. Belə ki, dövlət başçısının sərəncamına əsasən, cari ilin aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin  minik avtomobili ilə tam təminatı həyata keçirilib.

 

Bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərin də xüsusi avtonəqliyyatla tam təminatı istiqamətində ƏƏSMN tərəfindən əməli işlər aparılır. Bu gün onlardan artıq 200 nəfəri avtomobillə təmin olunur və qalanlarına da yaxın aylarda avtomobillər təqdim ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31