Uşaqlar nə vaxt peyvənd olunacaq? - Azərbaycanlı alimdən AÇIQLAMA
05 fevral 2021 13:33 (UTC +04:00)

Uşaqlar nə vaxt peyvənd olunacaq? - Azərbaycanlı alimdən AÇIQLAMA

“Qarşıdakı aylarda uşaqlara tətbiq olunacaq peyvənd istehsalı vasitəsilə pandemiya ilə mübarizənin yeni mərhələsinə qədəm qoyulacaq”.

Bu fikirləri Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Azərbaycanlı alim bildirir ki, artıq bu istiqamətdə də kifayət qədər elmi tədqiqatlar işlənilərək hazırlanıb:

“Peyvənd istehsal edən böyük şirkətlər bu elmi tədqiqatlarla bağlı artıq önəmli mərhələyə çatırlar. Bunlardan "BioNtec", "Moderna", "Astrazeneca" peyvəndlərinin uşaqlara tətbiq oluna biləcəyi istisna edilmir. Bu peyvəndlərdən "BioNtec", "Moderna" 12 yaşdan yuxarı "Astrazeneca" isə 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Elmi tədqiqatların normal gedişlə davam edəcəyi təqdirdə, bu peyvəndlərin tətbiqinə yay və payız aylarında başlanılması gözlənilir. Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa, o zaman hətta yayda istifadəsinə başlanıla bilər. Bu da həqiqətən pandemiya ilə mübarizədə böyük bir nailiyyət və uğur deməkdir. Çünki bildiyimiz kimi, uşaqlar da böyüklər qədər virusun yayılmasına səbəb olurlar, bu da çox önəmli elmi faktdır".

Nuran Abdullayev qeyd edir ki, dünya peyvənd tətbiqi ilə pandemiyaya qarşı mübarizənin yeni mərhələsinə keçib və artıq dünyanın dörd bir yanında peyvəndləmə aparılır:

“Peyvəndləmə sahəsində rəqabət yeni yayılan virus mutasiyalarına qarşı peyvəndlərin daha effektivliyi və təsiredici gücə malik olması istiqamətində aparılır. Ona görə də bu gün təhlükəsizliyi və effektivliyi daha yüksək olan vaksinlərə tələbatın artması da gözləniləndir. Hazırda 4 böyük Çin peyvəndinin elmi tədqiqatları aparılır.”

Alim Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi üzərində uşaqlarda tətbiqi üçün tədqiqat aparıldığını, rəsmi olaraq oktyabr ayında başlanılan bu tədqiqatın bu ayın sonunda bitəcəyini bildirir:

“Bu peyvənd 3-17 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq. Digər Çin istehsalı olacaq peyvəndlərdən BIBP BBIBP-ın CorV  peyvəndi 3 yaşdan yuxarı uşaqlara və Cansinonun Ad5-nCoV peyvəndi isə 6 yaşdan yuxarı uşaqlara nəzərdə tutulur".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1957

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07