Üç günlük  maqnit qasırğası   PROQNOZU
05 mart 2025 20:15 (UTC +04:00)

Üç günlük maqnit qasırğası PROQNOZU

Yaxın günlərdə günəş aktivliyinin azalması gözlənilir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, martın 6-8-si üçün ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi günəş və geomaqnit aktivliyinin proqnozunu yayıb.

Geomaqnit qasırğaları güc səviyyəsinə görə təsnif edilir - K-indeksi - 2-dən 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, qasırğa və onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclü olar.

Son bir neçə gündür davam edən qasırğa nəhayət, səngiyəcək. Martın 6-da insanlara təsir etməyəcək kiçik maqnit pozuntuları gözlənilir. Artıq martın 7-də maqnitosfer normal olacaq. Lakin martın 8-də zəif geomaqnit pozuntuları gözlənilir.

Qeyd etmək lazımdır ki, proqnoz hələ də dəyişə bilər, çünki günəş aktivliyi tədqiqatçıları öz məlumatlarını hər üç saatdan bir yeniləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar