Azərbaycan Prezidenti İlham Əliyev
29 mart 2021 13:19 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev

Tanınmış jurnalist Səbinə Əvəzqızının səhhəti ilə bağlı ölkə Prezidentinə MÜRACİƏT

Ölkənin media qurumlarının rəhbərləri, Mətbuat Şurasının sədri, bir neçə deputat, yazıçı və ictimai xadim tanınmış jurnalist, Lent.az saytının redaktoru Səbinə Əvəzqızının səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə ölkə Prezidentinin həmişə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirməsi vurğulanır: “Təsadüfi deyil ki, öz çıxışlarınızda jurnalistləri “ən yaxın köməkçiləriniz” adlandırmısınız. Siz Azərbaycan mediasında xidmətləri olan şəxslərin peşə fəaliyyətlərini daim yüksək qiymətləndirməklə yanaşı, sosial rifahlarına da dəstək olmusunuz. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərəncamlar imzalamısınız. Eyni zamanda, bu günə qədər səhhətində problemlər olan onlarla həmkarımız şəxsən Sizin və hörmətli Mehriban Əliyevanın sayəsində öz ailəsinə, sağlamlığına qovuşub.

Cənab Prezident!

Azərbaycan mediasında 25 ildən çoxdur fəaliyyət göstərən, Kəlbəcərdən olan məcburi köçkün ailəsi və iki övlad anası, Lent.az saytının redaktoru Səbinə Əvəzqızı, təəssüf ki, xərçəng xəstəliyinə tutulub. Çox təəssüf ki, Səbinə Əvəzqızı yalnız xəstəlik irəliləyəndən sonra belə bir problemi olduğunu bilib.

Səbinə Əvəzqızı müstəqil Azərbaycan mediasında imzası hörmətlə tanınan, ədalət və dürüstlük hissini unutmayan jurnalistdir. Mediada bir çox araşdırmaları ilə həmişə diqqət cəlb edib və qaldırdığı məsələlər dəfələrlə dövlət tərəfindən dəstəklənərək öz müsbət həllini tapıb.

Hələ tam başa çatdıra bilmədiyi evdə yaşasa da, heç vaxt dövlətə mənzil şəraitinin yaxşılaşdırılması və ya hər hansı mükafat üçün müraciət etməyib. Hazırda COVİD –19 pandemiyası ilə əlaqədar həyat yoldaşı işsiz olan jurnalistin 4 nəfərlik ailəsinin yeganə maddi dayağı işdən aldığı maaşıdır. Bu səbəbdən də böyük vəsait tələb edən xəstəliyinin müalicəsi onun maddi imkanı daxilində deyil.

Cənab Prezident!

Sizin və hörmətli Mehriban xanımın jurnalistləri daim diqqətdə saxlamağınız, onlara olan xüsusi diqqətiniz müqayisə olunmazdır. Biz - bu müraciəti imzalayan media rəhbərləri, ictimai xadimlər Sizdən müalicə üçün kəskin maddi dəstəyə ehtiyacı olan həmkarımız Səbinə Əvəzqızına dəstək olmağınızı xahiş edirik.

Həkimlərin dediyinə görə, jurnalistin müalicəsi, həyata dönməsi mümkündür. Bu işin həyata keçirilməsi üçün Sizdən dəstək xahiş edirik.

Biz jurnalistlərin dostu olaraq Sizlərə güvənirik, öncədən təşəkkür edirik.

Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov

APA Group”un baş direktoru Vüsalə Mahirqızı

“Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev

Milli Məclisin deputatı Aqil Abbas

Milli Məclisin deputatı Etibar Əliyev

Milli Məclisin deputatı Fazil Mustafa

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli

APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu

Vesti.az saytının baş redaktoru Araz Zeynalov

Kulis.az saytının baş redaktoru Şərif Ağayar

APA TV-nin baş redaktoru Cavid İsmayıl

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı

QAZİLER.AZ saytının rəhbəri Rey Kərimoğlu

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev

“Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud

"Bakupost" saytının rəhbəri Elçin Zahiroğlu

“Modern.az” xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı

Yazıçı-jurnalist, televiziya eksperti Məqsəd Nur

Telejurnalist Vəli Əkbər

“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı

“Report.az” agentliyinin baş redaktor müavini Pərvin Abbasov

Lent.az saytının əməkdaşı, tanınmış jurnalist Səbuhi Məmmədli

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, politoloq Tofiq Abbasov

"Xəzər" Televiziyasının aparıcısı, telejurnalist İlhamiyyə Rza

Yazıçı Həmid Herisçi

Yazıçı Səfər Alışarlı

Yazıçı Mirmehdi Ağaoğlu

"Xəzər" Televiziyasının aparıcısı, telejurnalist Xoşqədəm Baxşəliyeva

“Qhtxeber.az” saytının rəhbəri Sənan Nəcəfov

“Azvision.az” saytının rəhbəri Vüsal Məmmədov

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu

"Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Moderator.az İnformasiya Agentliyinin baş redaktoru Zülfüqar Hüseynzadə

“Huner Group” PR və marketinq departamentinin direktoru Nəsimi Paşayev 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı

Bakı Media Mərkəzinin redaktoru, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov

Missiya.az xəbər portalı və Missiya TV internet kanalının baş redaktoru Nicat Dağlar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11865
avatar

Oxşar yazılar