Gündəlik həyatımızda stres daim bizimlədir. Çox zaman iş prosesində gərgin olduğumuz halda, bəzi qidaların köməkliyi ilə bu gərginlikdən uzaq ola bilərik.
Lent.az xarici KİV-ə istinadən stresi azaldan qidaları təqdim edir:
Qara şokolad
Kakaonun tərkibində olan "bioflavonoidlər" adlı maddələr yüksək səviyyədə antioksidan təsir göstərir və stress hormonu olaraq bilinən kortizol səviyyəsini tarazlayır. Şokolad, tərkibindəki maqnezium sayəsində zehni gərginliyi və qan təzyiqini azaltmağa da kömək edir. Lakin şokoladın üzərinə süd əlavə etməklə bu maddələri bağırsaqda məhv etmiş olursunuz. Ona görə də stresdən uzaq olmaq istəyirsinizsə qara və südsüz şokoladdan istifadə edin.
Badam və fındıq
Yüksək miqdarda sink, B2 və E vitaminləri sayəsində bədənin immunitet sistemi stresə dözümlü olur. Qidalanma dəyərinin azalmaması üçün bu qidaları qovrulmamış halda qəbul etmək məsləhət görülür. Stresdən uzaq olamaq istəyənlər gün ərsində 5-6 ədəd badam və fındıq istehlak etməlidirlər.
Balıq yağı
Soyuq su balıqlarında bol miqdarda "Omega-3" (balıq yağı) var. Omeqa 3 bədəndəki ürək-damar və beyin-sinir sisteminin sağlamlığı üçün çox faydalıdır.
İspanaq
İspanağın tərkibindəki yüksək miqdarda maqnezium stress hormonu olan kortizolun tarazlaşmasına və insanın mənəvi cəhətdən yaxşı hiss etməsinə kömək edir. Gündə bir qab ispanaq yemək gündəlik maqnezium ehtiyacınızın təxminən yarısını ödəyir.
Yulaf
Yulaf yemək beyində serotonin ifrazını stimullaşdırır. Həmçinin, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırmaq üçün gündəlik qida rasionuna yulaf əlavə etmək məsləhət görülür.
Qatıq
Evdə hazırlanan qatığın tərkibi kolsiumla və probiyotik (faydalı bakteriyalar) maddələrlə zəngin olur. Bu da bədəndə immuniteti gücləndirir.
Avokado
Avakado beyin sağlamlığı üçün vacib olan B qrup vitaminlə zəngindir.