Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu sosial yardım almaqla bağlıdır.
Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün tələb olunan sənədlər, onların təqdimat forması və ərizənin qüvvədə olma müddəti nə qədərdir?
Lent.az xəbər verir ki, ailəni təmsil edən şəxs (bundan sonra təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər.
Bunun üçün aşağıdakı sənədlər tələb olunur:
1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);
2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir);
3. ərizə-bəyannamə.