"Səyyar qəbul otağı" Saatlı rayonunda quruldu - FOTO
21 may 2022 14:32 (UTC +04:00)

"Səyyar qəbul otağı" Saatlı rayonunda quruldu - FOTO

“Azəriqaz” İstehsalat Birliyi Saatlı rayonunda növbəti “Açıq mikrofon” aksiyası keçirib.

Lent.az xəbər verir ki, aksiyaya Saatlı rayonunun Kamallı, Hacıqasımlı, Naharlı, Soltanabad, Dəlilər, Nəsimikənd kəndlərindən üz tutan sakinlər bu kəndlərin qazlaşdırılmasını xahiş ediblər. 

"Səyyar qəbul otağı"nın imkanlarından Novruzlu, Mollavazlı kəndlərinin sakinləri də yararlanıblar. Onlar sözügedən bu kəndlərin qazlaşdırıldığını, lakin yeni yaşayış massivlərində yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiklərini bildirərək bu ünvanlara da küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev, Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev vətəndaşların qaz təchizatına dair ünvanladıqları sualları yerindəcə cavablandırıblar. Vətəndaşlara qazlaşma prosesi, cari ildə qazlaşdırılması nəzərdə tutulan kənd və qəsəbələr, həmçinin yeni yaşayış massivləri barədə geniş izahatlar verilib.\

Qeyd edək ki, "Açıq mikrofon" aksiyasında Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. 

# 1770
avatar

Oxşar yazılar