Sərnişinləri avtobusla yolda qoyub gedən  sürücü qovuldu
11 dekabr 2023 18:18 (UTC +04:00)

Sərnişinləri avtobusla yolda qoyub gedən sürücü qovuldu

Sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

Bildirilir ki, dekabrın 10-da baş verən hadisə üzrə daxili araşdırma yekunlaşıb:

“Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518
avatar

Oxşar yazılar