Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 2024 21:33 (UTC +04:00)

Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik oldu

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib.

Lent.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Digər qərara əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2874
avatar

Oxşar yazılar