Səbuhi Məmmədlinin digər ayağının da amputasiyasına  qərar verildi
25 sentyabr 2023 16:48 (UTC +04:00)

Səbuhi Məmmədlinin digər ayağının da amputasiyasına qərar verildi

Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşib.

Bu barədə Lent.az-a M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, jurnalistin sağlıq durumunda gedən proseslər onun digər ayağının da amputasiyasına zərurət yaradıb. 

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir. 

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.

# 3540
avatar

Fidan İlqar

Oxşar yazılar