“Xeberaz.az” saytının və eyniadlı İnstaqram səhifəsinin rəhbəri Tural Əliyev polis tərəfindən saxlanılıb.
Lent.az Demokrat.az-a istinadən xəbər verir ki, Tural Əliyev bir neçə vətəndaşın şikayəti əsasında məsuliyyətə cəlb olunub.
O, ayrı-ayrı vətəndaşlardan barələrində rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirli bilinir.
Tural Əliyev saxlanılan zaman onun üzərindən narkotik maddə də aşkar edilib.
Onunla bağlı AR Cinayət Məcəlləsinin 234.2.3 (satış məqsədilə narkotiklərin qanunsuz dövriyyəsi), 182.2.2 (bir qurup şəxs tərəfindən vəzifəli şəxslər və vətəndaşlar haqqında rüsvayedici xəbərlər paylaşmaq hədə-qorxusu yolu ilə pul tələbetmə ) maddələri ilə istintaq aparılır.
Qeyd edək ki, Tural Əliyev hazırda həbsdə olan İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun mediadakı əsas adamlarından hesab olunur.

Şantaja görə həbs edilən sayt rəhbərinin üzərindən narkotik vasitə aşkarlandı
Oxşar yazılar

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48
Aramsız və güclü leysan yağacaq - Sabahın HAVASI
13 may 2025 , 12:30