ŞAD XƏBƏR  - Badamdar yolu açıldı
24 yanvar 2023 10:50 (UTC +04:00)

ŞAD XƏBƏR - Badamdar yolu açıldı

Badamdar-20-ci sahə yolunda avtomobillərin hərəkəti tam bərpa olunub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bir neçə ay əvvəl sürüşmə zonasında aparılan işlərə görə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, yola asfalt çəkilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, Badamdar-20-ci sahə yolu bütün növ avtomobllərin hərəkəti üçün yararlı hala gətirilib. Qurum rəsmisi sürücülərə müraciət edərək onları yenidən istismara verilmiş yoldan istifadə etməyə çağırıb.

Bundan başqa, yaxın günlərdə marşrut avtobuslarının da yoldan istifadəsinə icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş verən sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib.

İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.

# 3153
avatar

Oxşar yazılar