“Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu yeni tədris ili ilə bağlı tədbirlərin olub-olmaması ilə bağlıdır.
Mövzu ilə bağlı olaraq Lent.az-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, sabah məktəblərdə dərs ilinin başlaması ilə əlaqədar heç bir kütləvi açılış tədbiri olmayacaq:
"Buna səbəb pandemiya şəraitidir. Bundan başqa məktəblərə valideynlərin və ya digər şəxslərin də daxil olmasına icazə verilməyəcək".
C.Valehov əlavə edib ki, sabah ancaq məktəblərin həyətində himn oxunacaq.