Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ
28 fevral 2025 19:31 (UTC +04:00)

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.

Lent.az bildirir ki, martın 1-2-si üçün günəş və geomaqnit aktivliyinin proqnozu yayılıb. 

Geomaqnit qasırğaları güc səviyyəsinə görə təsnif edilir - K-indeksi - 2-dən 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, fırtına və onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclü olar.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzinin proqnozuna görə, cümə günü başlayan fırtına martın 1-i K-indeksi 5 (qırmızı səviyyə) ilə güclü qalacaq və bu, meteohəssas insanların rifahına təsir edə bilər. 

Martın 2-də qasırğa bir qədər səngiyəcək – K-indeksi 3-ə (yaşıl səviyyə) çatacaq və geomaqnit vəziyyətin sabitləşəcəyi gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar