Sabah güclü leysan yağacaq -  PROQNOZ
04 oktyabr 2021 13:11 (UTC +04:00)

Sabah güclü leysan yağacaq - PROQNOZ

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorlogiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə, oktyabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6636
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar