Rusiyadan idxal edilən toyuq dərisi məhsulunda SALMONELLA AŞKARLANDI
12 avqust 2021 16:14 (UTC +04:00)

Rusiyadan idxal edilən toyuq dərisi məhsulunda SALMONELLA AŞKARLANDI

Rusiya Federasiyasında fəaliyyət göstərən “RESURS-YUQ” MMC-nin istehsalı olan və “Azfood Company” MMC  tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 19691 kq toyuq dərisi məhsuluna Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib.

Lent.az xəbər verir ki, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsul partiyasında (11886 kq) patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

# 2910
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar