Ramazanın birinci günü üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:49
İftar (orucun açılması): 18:47
Lent.az Ramazan ayının birinci gününün iftar duasını təqdim edir:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul etsin!