Bu gün Ramazan ayının onuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:35-də, iftar vaxtı saat 18:56-dır.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının onuncu gününün iftar duasını təqdim edir:
Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.
Tərcüməsi: İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!
Allah dualarınızı qəbul etsin!